Peşəkar Futbol Liqası futbol üzrə Azərbaycan I Divizionunda aprel ayının ən gözəl qolunun müəllifi seçilmiş Rüfət Məmmədovu ("Qaradağ Lökbatan") mükafatlandırıb. SİA-nın məlumatına görə, Peşəkar Futbol Liqasına dəvət olunan oyunçuya xüsusi hədiyyə və əvvəlcədən nəzərdə tutulduğu kimi 500 manat məbləğində pul mükafatı verilib. Mükafatları PFL-in baş direktoru Məlik Həsənov təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB