Dirk Kuyt futbola "əlvida" dedi...

Dirk Kuyt futbola "əlvida" dedi...

"Feyenoord"un hücumçusu Dirk Kuyt futbolçu karyerasını başa vurub. Bu barədə Hollandiya klubunun rəsmi "Tvitter" səhifəsi məlumat yayıb. 36 yaşlı oyunçu bu həftənin sonuna qədər məşqlərdə iştirak edəcək. Bundan sonra o, klubun strukturunda vəzifələrdən birində çalışacaq.

Qeyd edək ki, D.Kuyt cari mövsüm "Feyenoord"la Hollandiya çempionu olub. Əlavə edək ki, D.Kuyt futbolçu karyerası ərzində "Utrext", "Liverpul", "Fənərbaxça" və "Feyenoord"da çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə