“Bakı-2017”: Əlcəzair yığması Pakistan komandasını böyük üstünlüklə məğlub etdi
"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının həndbol yarışlarının "A" qrupunda kişilərdən ibarət Əlcəzair yığması Pakistan komandasını böyük üstünlüklə məğlub edib. SİA-nın məlumatına görə, Əlcəzair millisi görüşün hər iki hissəsində üstünlüyünü qoruyub. Oyunda ümumilikdə 71 qol vurulub ki, ondan yalnız 24-ü Pakistan komandasının aktivinə yazılıb. Matçda 47:24 hesabı ilə Əlcəzair yığması qələbə qazanıb.
Qeyd edək ki, həndbol üzrə kişilər arasında yarışda 8 komanda iki qrupda mübarizə aparır. Azərbaycan, Pakistan, Əlcəzair və Səudiyyə Ərəbistanı "A" qrupunda, Türkiyə, İraq, İordaniya və Mərakeş isə "B" qrupunda yarışır.
Qadınlar arasında yarışda isə 4 komanda iştirak edir. Bunlar Azərbaycan, Türkiyə, Özbəkistan və Kamerun yığmalarıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB