Matey Müqerli: "Gücümüzü tam ortaya qoyduq” AÇIQLAMA

Matey Müqerli: "Gücümüzü tam ortaya qoyduq” AÇIQLAMA

"Dünənki mərhələ çox çətin oldu və hamı yoruldu. Bu gün isə çox maraqlı mübarizə baş tutdu. Yaxşı komandamız var, birgə işlədik və gücümüzü tam ortaya qoyduq". SİA-nın məlumatına görə, bunu "Tour d’Azerbaidjan-2017" beynəlxalq velosiped yarışının 3-cü mərhələsinin qalibi, "Synergy Baku"nun keçmiş üzvü, hazırda Avstriyanın "Amplatz BMC" komandasının şərəfini qoruyan sloveniyalı Matey Müqerli deyib.

O, finişə 200 metr qalmış birincilik uğrunda var gücü ilə mübarizəyə başladığını bildirib: "Əlimdən gələni etdim və istəyimə nail oldum. Artıq 4-cü dəfədir burada yarışıram. Bu da marşrutu əzbər bilməyimə kömək edir. "Synergy Baku" mənim üçün doğmadır, çünki uzun müddət bu komandanın üzvü olmuşam".

Qeyd edək ki, M.Müqerli bu mərhələdə 177 km-lik məsafəni 4 saat, 20 dəqiqə, 32 saniyəyə başa vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə