FİFA-nın Etika Komitəsi qurumun prezidenti Canni İnfantinoyla bağlı növbəti araşdırmaya başlayıb. SİA-nın məlumatına görə, bu haqda "Der Spiegel" nəşri məlumat yayıb. İnfantino Afrika Futbol Konfederasiyasında keçirilən seçkinin nəticələrinə müdaxilə etməkdə şübhəli bilinir.
Qeyd edək ki, bu seçkidə Madaqaskardan olan Əhməd Əhməd qələbə qazanıb.
Bundan öncə komitə İnfantinonun UEFA-nın baş katibi olduğu dövrdə (2015) Sloveniya Futbol Federasiyasına 4 milyon avro məbləğində kredit verməsi faktı ilə bağlı iş açmışdı. Amma onun bu məsələdə hər hansı korrupsiya faktına yol verdiyi təsdiqini tapmamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB