Topaz Premyer Liqasının 27-ci turunda AZAL-a qarşı matçda zədələnən "Kəpəz"in futbolçusu Kərim Diniyev tibbi müayinədən keçib. SİA-nın məlumatına görə, onun sağ ayağında ikinci dərəcəli əzələ gərilməsi qeydə alınıb.
Dünən hazırlıqda iştirak edə bilməyən K.Diniyev bu gün fərdi halda məşqlərə başlayıb. O, həkim nəzarəti altında çalışır. K.Diniyevin sonuncu turda meydana çıxması sual altındadır.
Qeyd edək ki, "Kəpəz" son turda Bakı "İnter"ini qəbul edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB