Avropa çempionatında iştirak edəcək sərbəst güləşçilər müəyyənləşdi HEYƏT
Mayın 2-7-də Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatı keçiriləcək. SİA-nın məlumatına görə, çempionatında sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamız iştirak edədək. Yarışların ilk günlərində sərbəst və qadın güləşçilər mübarizə aparacaq.
Sərbəst güləş üzrə yığma komandamız Olimpiya Güləş Mərkəzində hazırlıqları davam etdirir. Təlim -məşq toplanışında İtaliya, Dağıstan və Osetiyadan olan güləşçilər də iştirak edir.
İtaliya yığma komandasının üzvü Rio Olimpiadasının bürünc medalçısı, Dünya və Avropa çempionu Frank Çamizo da Avropa çempionatına Bakıda hazırlaşır.
Bu gün keçirilən məşqdən sonra yığma komandanın baş məşqçisi Firdovsi Umudov Avropa çempionatına yollanacaq heyəti elan edib. Heyətdə əsasən gənclərə yer verdiklərini bildirən baş məşqçi əsas heyətin IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacağını bildirib.
Yığma komandanın məşqçiləri Arif Abdullayevin və Sadruddin Ayqubovun rəhbərliyi altında Georgi Edişeraşvili (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Gitinomaqomed Hacıyev (65 kq), Ruslan Dibirhacıyev (70 kq), Murad Süleymanov (74 kq), Aleksandr Qostiyev (86 kq), Aslanbek Alborov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) çempionatda ölkəmizi təmsil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB