Şahzadə: "IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkil ediləcəyinə əminəm"

Şahzadə: "IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkil ediləcəyinə əminəm"

"Azərbaycanın mötəbər idman tədbirlərini keçirməkdə böyük təcrünbəsi var. IV İslam Həmrəyliyi Oyunlarının da Bakıda yüksək səviyyədə təşkil ediləcəyinə əminəm". SİA-nın məlumatına görə, bunu İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) Bakıda keçirilən 25-ci İcraedici Kollegiya iclası ilə bağlı təşkil olunmuş mətbuat konfransında Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud deyib.

O, Azərbaycan hökumətinə qonaqpərvərliyə və IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsinə verdiyi böyük dəstəyə görə minnətdarlığını bildirib. Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının uğurla təşkil edilməsində Azərbaycanın zəngin təcrübəsinin böyük rol oynayacağını vurğulayıb.

Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi bu gün İslam Həmrəyliyi İdman Federasiyasının Bakıda keçirilən 25-ci İcraedici Kollegiya iclasında Oyunlara hazırlıqla bağlı mühüm məsələlərin müzakirə edildiyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə