Azərbaycan Taekvando Federasiyasının (ATF) idman zalında məşqçi-müəllimlər və hakimlər üçün nəzərdə tutulmuş seminarlar keçirilir. SİA-nın məlumatına görə, martın 27-də start verilən və martın 31-dək davam edəcək seminarlarda respublikamızda fəaliyyət göstərən taekvando klub və bölmələrindən 114 məşqçi-müəllim, eləcə də 50-yə yaxın milli və beynəlxalq dərəcəli hakim iştirak edir.
ATF-in təşkilatçılığı ilə keçirilən seminarların məqsədi Dünya Taekvando Federasiyası tərəfindən tətbiq edilən yeni qaydalarla həm məşqçi-müəllimləri, həm də hakimləri tanış etməkdir. Məşqçilər üçün seminar saat 09:00-dan 12:00-dək, hakimlər üçün isə 14:00-dan 17:00-dək davam edir.
Hər iki seminar ATF-nin texniki direktoru Oh Kvanq Çeolun rəhbərliyi ilə aparılır. Seminarlar başa çatandan sonra iştirakçılara müvafiq sertifikatlar təqdim ediləcək.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB