Hakimlərimiz beynəlxalq seminarda iştirak edib

Hakimlərimiz beynəlxalq seminarda iştirak edib

24-26 mart tarixlərində Bolqarıstanın Sofiya şəhərində I-S kateqoriyalı beynəlxalq hakimlər üçün Dünya Güləş Birliyinin seminarı keçirilib. Seminarda ölkəmizi I-S kateqoriyalı beynəlxalq hakimlər Hicran Şərifov və Asif Şirəliyev təmsil edib. SİA-nın verdiyi məlumata görə, dünyanın müxtəlif ölkələrindən I-S kateqoriyalı 100-dən artıq hakimin iştirak etdiyi seminarda güləş qaydalarında nəzərdə tutulan dəyişikliklər barədə nəzəri məlumatlar və xalça üzərində praktiki təlimlər verilib.

Üç gün davam edən seminar zamanı müzakirə olunan qayda dəyişiklikləri qarşıdan gələn yarışlarda sınaqdan keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə