Ronaldo trenajor zalı açıb

"Real"ın və Portuqaliya millisinin üzvü Kriştiano Ronaldo yeni biznesə başlayıb. SİA-nın məlumatına görə, ulduz futbolçu Madriddə "CR7 Crunch Fitness" adlı trenajor zalı açıb. Zal Madridin ən prestijli rayonlarından olan Syudad Linealda yerləşir.

Qeyd edək ki, daha əvvəl Ronaldo "Pestana CR7" adlı otellər şəbəkəsi açıb.

Bütün xəbərlər Facebook səhifəmizdə