"Maraqlı oyun oldu. Hər iki komanda açıq futbola üstünlük verirdi. Məşqçimizin verdiyi tapşırıqları yerinə yetirib qələbə qazandıq". SİA-nın məlumatına görə, bunu futbol üzrə Azərbaycan milli komandasının üzvü Mahir Mədətov Qətərlə yoldaşlıq oyunu (1:2) haqda açıqlamasında deyib.
Futbolçu bu oyunun onun üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib: "Çünki əsas millidə ilk dəfə debüt etdim. Həyəcan yox idi desəm, yalan olar. Baş məşqçi Robert Prosineçkiyə özümü göstərmək istəyirdim. Gənc bir oyunçu üçün bu, böyük bir məsuliyyətdir. Düşünürəm ki, özümü göstərməyi bacardım. Əlbəttə, bununla kifayətlənməməliyəm. Növbəti toplanışlara da dəvət alsam, komandaya faydalı olmaq üçün bacardığımın ən yaxşısını etməyə çalışacağam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB