Futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə iki cavab oyunu keçirilib. Trend-in məlumatına görə, "Arsenal" doğma meydanda "Bavariya" ilə qarşılaşıb. Oyuna ev sahibi komandası fəal başlayıb. Oyunun 20-ci dəqiqəsində T. Volkot hesabı açıb - 1:0. İlk hissə bu hesabla başa çatıb. İkinci hissəyə qonaqlar fəal başlayaraq 55-cü dəqiqədə Levandovskinin penaltidən vurduğu qol ilə hesabı bərabərləşdiriblər - 1:1. Oyunun 68-ci dəqiqəsində qonaq komandanın oyunçusu A. Robben komandasını önə keçirib - 1:2. Oyunun 78-ci dəqiqəsində D. Kosta fərqi 2 topa çatdırıb - 1:3. Cəmi 2 dəqiqə sonra A. Vidal "Bavariya"nın 4-cü qolunu vurub - 1:4. Əsas vaxtın bitməsinə 5 dəqiqə qaldıqda A. Vidal özünün 2-ci komandasının 5-ci qolunu vuraraq son nöqtəni qoyub - 1:5.
Beləliklə iki oyunun nəticəsinə ("Arsenal" 2 - 10 "Bavariya") görə, "Bavariya" növbəti mərhələyə yüksəlib.
Digər matç isə İtaliyada baş tutub. Yerli "Napoli" İspaniyanın "Real Madrid" klubunu qəbul edib. Oyuna ev sahibi komandası fəal başlayaraq 24-cü dəqiqədə D. Mertensin qolu ilə önə keçiblər - 1:0. İlk hissə bu hesabla başa çatıb - 1:0.
İkinci hissəyə isə qonaqlar fəal başlayaraq 52-ci dəqiqədə S. Ramosun qolu ilə hesabı bərabərləşdiriblər - 1:1. Cəmi 5 dəqiqə sonra S. Ramos dubl edərək komandasını önə keçirib - 1:2. Oyunun 91- dəqiqəsində A. Morata son nöqtəni qoyub - 1:3.
Beləliklə iki oyunun nəticəsinə ("Napoli" 2 - 6 "Real Madrid") görə, "Real Madrid" növbəti mərhələyə yüksəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB