Rusiya Premyer Liqasının 18-ci turunda keçirilən "Krasnodar" - "Spartak" oyunundan sonra xoşagəlməz hadisə yaşanıb. SİA-nın məlumatına görə, qarşılaşmanın ardınca moskvalıların 2 azarkeşi həbs olunub. Adı açıqlanmayan şəxslərdən biri polislərə tabe olmadığından, digəri isə əmlaka ziyan vurduğundan saxlanılıb. Hər iki "Spartak" fanatına 15 sutka həbs cəzası verilib.
Qeyd edək ki, görüş 2:2 hesabı ilə tamamlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB