Tural Bayramov: “Mədsədimiz dünya və Avropa çempionları yetişdirməkdir AÇIQLAMA

Tural Bayramov: “Mədsədimiz dünya və Avropa çempionları yetişdirməkdir AÇIQLAMA

"Azərbaycan Muay Tay Federasiyasına (AMF) I vitse-prezident təyin edilmişəm. Bütün gücümlə çalışıb, bu idman növünün daha da inkişafı üçün əlimdən gələni edəcəyəm". Bunu SİA-ya açıqlamasında AMF-nin I vitse-prezidenti, məşhur K-1 döyüşçüsü Tural Bayramov deyib.

O qeyd edib ki, federasiyanın qarşısında dayanan ilk vəzifə beynəxalq arenada yüksək nəticələr qazanan idmaçıların yetişdirilməsini təmin etməkdir: "Hələ ki, muay tay üzrə dünya çümpionumuz yoxdur. Mədsədimiz bu idman növü üzrə dünya və Avropa çempionları yetişdirməkdir. Muay tay 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarının müsabiqədən kənar idman proqramına daxil edilib. Bu növ həmçinin 2019-cu ildə Belarusda keçiriləcək II Avropa Oyunlarının proqramına da salınıb. Azərbaycan çempionatının qaliblərini yığma komandaya cəlb edərək təlim-məşq toplanışları keçirəcəyik. İdmançılarımızın beynəlxalq arenalarda Azərbaycanı layiqincə təmsil etmələri üçün yüksək hazırlıqlar keçiriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə