Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü qeyd olunur FOTOLAR

Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü qeyd olunur FOTOLAR

Bu gün Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti, Milli Olimpiya Komitəsinin, idman federasiyalarının və ictimaiyyətinin nümayəndələri Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Fəxri xiyabanı ziyarət edərək, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. SİA-nın məlumatına görə, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gedən nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.
Bayram mübasibətilə 50-dək velospedçinin iştirakı ilə Şəhidlər xiyabanının qarşısından Azneft dairəsinə doğru yürüş keçirilib.
Daha sonra Dənizkənarı Milli Parkda idmanın müxtəlif növləri, o cümlədən voleybol, tennis, zorxana, güləş, cüdo üzrə nümunəvi çıxışlar nümayiş etdirilib.

Xatırladaq ki, 5 mart - Bədən Tərbiyəsi və İdman Günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamı ilə təsis edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə