İngiltərənin "Vest Hem" klubu baş məşqçisi Slaven Biliçlə əməkdaşlığı davam etdirməyə qərar verib. Apasport.az saytı "Sky Sports"a istinadən xəbər verir ki, Premyer Liqa klubu xorvatiyalı çalışdırıcı ilə danışıqlara start verib. "Çəkicdöyənlər" Biliçin müqaviləsini yeniləmək fikrindədilər. Danışıqların müsbət nəticələnəcəyi gözlənilir. 48 yaşlı çalışdırıcı 2015-ci ildən "Vest Hem"in "sükanı arxası"ndadı. Onun rəhbərliyi altında komanda Premyer Liqanın cari mövsümündə 26 turdan sonra 33 xalla 9-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, məşqçilik karyerasına 2001-ci ildə "Hayduk"da başlayan Biliç bu vaxta qədər "Lokomotiv" və "Beşiktaş" klublarını, həmçinin Xorvatiyanın əsas və U-21 yığmalarını çalışdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB