Millimizin üzvü: “Haqsızlığa baxmayaraq, əzmlə mübarizəyə davam etdim” AÇIQLAMA
"Azərbaycan çempionatında yarışdım və birinci oldum. Daha sonra böyüklərdən ibarət əsas yığma komandanın tərkibində Dünya Kuboku yarışlarına qatıldım. İranda keçirilən yarışda yığma komandamıza qarşı haqsızlıq edilsə də, bürünc medal qazandıq". Bunu SİA-ya açıqlamasında İranda keçirilən Dünya Kuboku yarışlarında bürünc medal qazanan sərbəst güləş üzrə yığma komandamızın üzvü Murad Süleymanov (74 kq) deyib.
Onun sözlərinə görə, ikinci dəfədir ki, böyüklərdən ibarət yığma komandanın tərkibində Dünya Kuboku yarışlarına qatılır: "Birinci dəfə ABŞ-da keçirilən Dünya Kubokunda 1 görüş keçirmişdim. Rusiya güləşçisi ilə qarşılaşmam uğursuz alınmışdı. Bu dəfə isə İranda keçirilən Dünya Kubokunda ilk görüşdə Amerika güləçisi ilə qarşılaşdım. Rəqibim olimpiya çempionu idi. 5:1 hesabı ilə öndə olduğum zaman haqsız yerə 3 dəfə xəbərdarlıq verdilər və texniki məğlubiyyətlə məni uduzdurdular. Xəbərdarlıqların verilməsi ilə bağlı düzgün səbəb də göstərmədilər. Birində döşəkdən çıxmağa görə xəbərdarlıq verildiyini dedilər. Ancaq buna görə xəbərdarlıq yox, rəqibə bir xal verilməlidir. Haqsızlığa baxmayaraq, əzmlə mübarizəyə davam etdim və növbəti görüşdə Türkiyə güləşçisinə qalib gəldim. Komandamız isə bürünc medal qazandı".
M.Süleymanov 23 yaşlı güləşçilərin və böyüklərin Avropa çempionatına hazırlaşdığını bildirib. İdmançı yaxşı nəticələr göstərərək "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacaq heyətə düşməyə çalışacağını vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB