Federasiya rəsmisi: “Ölkə çempionatlarının təşkilatçılıq səviyyəsi beynəlxalq yarışlardan geri qalmır” AÇIQLAMA

Federasiya rəsmisi: “Ölkə çempionatlarının təşkilatçılıq səviyyəsi beynəlxalq yarışlardan geri qalmır” AÇIQLAMA

"Güləş üzrə Azərbaycan çempionatlarında hər zaman yüksək rəqabət müşahidə olunur. Bu yarışlar idmançılarımızın təcrübəsinin artırılması, ən yaxşı güləşçilərin seçilməsi, yığma komandalarımızın tərkibinin müəyyənləşdirilməsi baxımından önəmlidir. Ölkə çempionatlarının təşkilatçılıq səviyyəsi isə beynəlxalq yarışlardan geri qalmır". Bunu SİA-ya açıqlamasında Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Mayis Musayev deyib.

Federasiya rəsmisi qeyd edib ki, yanvar ayında keçirilən böyüklər arasında Azərbaycan çempionatından sonra məşqçilər yığma komandaların yeni heyətlərini müəyyənləşdirərək təlim-məşq toplanışlarına başlayıblar: "Milli komandaların tərkibi müəyyənləşəndən sonra yığmalarımız IV İslam Həmrəyliyi Oyunlarının hazırlıqlarına start veriblər. Təlim-məşq toplanışları məşqçilərin rəhbərliyi ilə həm fiziki, həm də texniki-taktiki çalışmalarla davam edir. Güləşçilərimizin "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında da yüksək nəticələr qazanacaqlarına inanırıq".

O, hazırda Bakı İdman Sarayında gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyinin keçirildiyini qeyd edib: "Gənclər arasında ölkə çempiontında republikamızın bütün bölgələrinin klub və cəmiyyətlərindən güləşçilər mübarizə aparırlar. Çempionatda 1997-1999-cu il təvəllüdlü idmançılar iştirak edirlər. İlk yarış günündə sərbəst güləş üzrə 205 pəhləvan mübarizə aparır. Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla yanaşı, Azərbaycan Güləş Federasiyasə tərəfindən pul mükafatı ilə də təltif ediləcək və yığma komandanın heyətinə cəlb olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə