Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi 2016-cı ilin yekunlarına əsasən ilin təşkilatçısı nominasiyasında "ZƏFƏR" Yüksək İdman Nailiyyətləri Beynəlxalq mükafatına layiq görülüb. SİA-nın məlumatına görə, nominasiya 42-ci Ümumdünya Şahmat Olimpiadasının yüksək səviyyədə keçirilməsinə görə təqdim olunub.
Mükafatı Əməliyyat Komitəsinin direktor müavini Joana Qolas qəbul edib.
Xatırladaq ki, 2016-cı ildə Bakıda təşkil edilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 176 ölkə iştirak edib. Bu göstərici FİDE tarixində yeni rekord müəyyənləşdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB