"Lamborghini"nin İdarə heyətinin sədri Stefano Domenikali gələcəkdə adıçəkilən şirkətin Formula 1 yarışlarına qatıla biləyini açıqlayıb. SİA-nın məlumatına görə, "Ferrari" komandasının sabiq rəhbəri olan S. Domenikali 2016-cı ilin mart ayında "Lamborghini"nin İdarə heyətinin sədri təyin edilib.
(2).jpg)
İtaliyalının bu vəzifəyə təyin edilməsindən sonra şirkətin Formula 1 yarışlarına qatılacağı haqda iddilar səslənirdi. 51 yaşlı S. Domenikali lazımi şəraitin formalaşacağı zaman "Lamborghini"nin Formula 1 yarışlarında ola biləcəyini bəyan edib: "Dürüst açıqlama verəcəyəm. Bu gün üçün fərqli öncəliklərimiz var və onlara diqqət ayırmalıyıq. Ancaq avtomobil idmanı hər zaman "Lamborghini"nin bir hissəsi olacaq. Əgər bizə uyğun şərtlər yaransa, gələcəkdə Formula 1 yarışlarına qatıla bilərik. Biz tərəfdən baxsaq, Formula 1-də yarışmaq və rəqabət aparmaq üçün xərclər istəklərimizdən çox uzaqdadır. Əgər bu sahədə dəyişiklik olsa, yarışlara qatılmaq haqda düşünməyə dəyər".
Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB