Serbiyanın "Partizan" klubunun futbolçusu Valeri Bojinovun "Qəbələ"yə keçidi alınmayıb. SİA-nın məlumatına görə, 31 yaşlı hücumçunun özü açıqlamasında "Partizan"ın "Qəbələ"dən böyük məbləğdə transfer haqqı istəməsini səbəb göstərib.
Bolqarıstan mətbuatı da Bojinovun "Qəbələ"yə keçidinin son anda baş tutmadığını yazıb. Hətta bildirilir ki, təcrübəli futbolçu Azərbaycan klubuna mümkün keçidi ilə əlaqədar Belqradda qalıb və əşyalarını toplamağa başlayıb. Amma transferi alınmadığından sonra Sloveniyada hazırlıq keçən "Partizan"ın düşərgəsinə qoşulmalı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB