"2016-cı il sambo üzrə milli komandamız üçün uğurlu keçib. Samboçularımız dünya, Avropa çempionatları, beynəlxalq yarışlarda 18 medal qazanıblar. Onlardan 5-i qızıl, 4-ü gümüş, 9-u bürünc əyarlıdır". Bunu SİA-ya açıqlamasında sambo üzrə Azərbaycan milli komandasının baş məşqçisi, Əməkdar məşqçi Yaqub Abdullayev deyib.
O, il ərzində sambo üzrə ən böyük uğurlara imza atan idmançılarımız haqda məlumat verib: "Tanınmış samboçularımızdan Amil Qasımov Avropa çempionu, Emil Həsənov isə dünya ikincisi olub. Digər qızıl medalları isə yeniyetmələr arasında Avropa birinciliyində Asim Əhmədov (70 kq),
Əliş Yusifov, yeniyetmələr arasında dünya birinciliyində Yaşar Nəcəfov (56 kq), kadetlər arasında ilk dünya birinciliyində Hacıalı Qasımov (42 kq) qazanıb. Milli komandamız yeniyetmələr arasında Avropa birinciliyində 29 ölkə arasında 3-cü olub. Tələbələrin ilk dünya çempionatında Heydər Həşimov (62 kq) və Kamran Əsgərov (68 kq) gümüş medal qazanıb. Emil Həsənov ilin yekunlarına görə, Azərbaycanın 10 ən güclü idmançısı siyasına daxil edilib".
Baş məşqçi Azərbaycan Sambo Federasiyasının (ASF) birinci vitse-prezidenti Vasif İsmayılovun dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev tərəfindən Fəxri Fərmanla təltif edilməsi və ASF-nin prezidenti Ceyhun Məmmədovun Avropa Sambo Federasiyasının vitse-prezidenti seçilməsinin də ilin ən uğurlu hadisələri olduğunu bildirib.
Y.Abdullayev samboçularımızın gələn il də qələbələrini davam etdirmək üçün bütün gücləri ilə çalışacaqlarını vurğulayıb: "2017-ci ildə ilk yarışımız fevralın 1-5-də yeniyetmələr , gənclər və kişilər arasında Azərbaycan birinciliyi və çempionatı olacaq. Martda Dünya Kuboku, apreldə Avropa birinciliyi, mayda isə Avropa çempionatına qatılacağıq. Sambo idman növünün İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilməsi haqda isə məlumat yoxdur. Bu haqda müzakirələr aparılsa da hələ ki, qərar qəbul edilməyib. Əgər sambo Oyunların proqramına daxil edilsə, idmançılarımız "Bakı-2017"də də yüksək nətiələr qazanmaq üçün bütün gücləri ilə yarışacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB