"Bavariya"nın qapıçısı Manuel Noyer Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkünü dəyərləndirib. Alman klubunun rəsmi saytında yerləşdirilən xəbərə görə, təcrübəli qolkiper qarşılaşacaqları "Arsenal"ın hazırda əvvəlki illərlə müqayisədə daha güclü olduğunu söyləyib:
"Arsenal"ı mübarizədən kənarlaşdırmaq çətin olacaq. Bu komanda bizə yaxşı tanışdır. Çünki ötən mövsüm onlara qarşı oynamışıq. Ümumiyyətlə, "Arsenal"la tez-tez görüşürük. Londonlular futbol oynamağı bacarırlar. Hesab edirəm ki, "Arsenal" indi daha güclüdür. Özil və Mustafi ilə yenidən görüşmək xoş olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB