Ayşən Əbdüləzimova: “Əsas məqsədimiz ölkə çempionatında qalib olmaqdır” AÇIQLAMA
"Yayda milli komandamız istirahət edəndə mən ikinci yığma komanda ilə məşqlərimi davam etdirirdim. Ona görə də formadayam". Bunu SİA-ya açıqlamasında "Azərreyl" klubunun və Azərbaycan milli komandasının voleybolçusu Ayşən Əbdüləzimova deyib.
O, Çempionlar Liqasında güclü rəqiblərlə qarşılaşacaqlarını qeyd edib: "Çempionlar Liqasında iştirak edəcəyimiz üçün həyəcanlıyıq. Qrupumuzda güclü rəqiblər var. Ona görə bizi çətin oyunlar gözləyir. Qrupdan çıxmağa çalışacağıq. Ancaq əsas məqsədimiz ölkə çempionatında qalib olmaqdır. Rəqiblərin hamısını ciddi qəbul edirik və hər oyunda bütün gücümüzlə mübarizə aparırıq. Son turda "Azəryol"un bizdən xal alması sürpriz oldu. Bizim komandada biraz axayınlaşma olduğundan xal itirdik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB