Mingəçevirdə balaca gimnastlar mükafatlandırıldı FOTOLAR

Mingəçevirdə balaca gimnastlar mükafatlandırıldı FOTOLAR

Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilən bədii gimnastika üzrə 23-cü Azərbaycan birinciliyi və 3-cü bölgələrarası kubok yarışlarında balaca gimnastların mübarizəsinə yekun vurulub. SİA-nın məlumatına görə, ölkə birinciliyində fərdi çoxnövçülük üzrə yarışlarda 2008-ci il təvəllüdlü gimnastlar arasında Nərminə Bayramova qızıl medal qazanıb. 2007-ci il təvəllüdlü gimnastların mübarizəsində isə Fatimə Məmmədzadə fərqlənib. Təvəllüdü 2006-cı il olan atletlərin yarışında Fidan Yusifzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bölgələrarası kubok yarışlarında isə 2008-ci il təvəllüdlü gimnastlar arasında Aişə Rəcəbli çempion adını qazanıb. 2007-ci il təvəllüdlülər arasında Nənəbacı Şəfiyeva, 10 yaşlı gimnastlar arasında isə Leyli Ağazadə qızıl medala sahib olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə