"Qalatasaray" idman direktoru vəzifəsinə Mattias Zammerin namizədliyini nəzərdən keçirir. SİA-nın məlumatına görə, rəhbərlik hazırda bu vəzifəni icra edən Levent Nazifoğlunun işindən narazıdır. Buna baxmayaraq, Nazifoğlunun son şansı qalıb. Bunun üçün "Qalatasaray" noyabrın 20-də keçiriləcək derbi matçında "Fənərbaxça"nı məğlub etməlidir. "Sarı qırmızılar"ın ruh düşkünlüyü yaşaması və Kadıköydə 17 illik qələbəsizlik həsrəti bu tapşırığı olduqca çətinəşdirir.
Qeyd edək ki, Zammerin son iş yeri "Bavariya" klubu olub. 2012-ci ildən klubda idman direktoru kimi çalışan eks futbolçu öz xahişi ilə postundan azad edilmişdi. O, beynində yaranan problemə görə bir neçə ay işinə fasilə də verməli olmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB