"İnter"in baş məşqçisi Frank de Bur vəzifəsindən azad olunub. SİA-nın məlumatına görə, onun səlahiyyətlərini müvəqqəti olaraq əvəzedici komandanın çalışdırıcısı Stefano Vekki icra edəcək. Vekkinin rəhbərliyi altında "nerazzurri" ilk matçını Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Southempton"a qarşı keçirəcək. "İnter" rəhbərliyi holland mütəxəsisə bir neçə aylıq işinə görə təşəkkür edib və uğurlar arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB