“Qalatasaray”ın sabiq futbolçusu öldürülüb

“Qalatasaray”ın sabiq futbolçusu öldürülüb

"Qalatasaray"ın sabiq futbolçusu Burhan Yıldız öldürülüb. SİA-nın məlumatına görə, Türkiyə mətbuatında yer alan xəbərlərdə bildirilir ki, klubun aşağı yaş qruplarında çıxış etmiş 21 yaşlı oyunçu "Beylikdüzü" metrostansiyası yaxınlığında baş verən atışmada həlak olub. Kafedən mübahisə edərək çıxan iki nəfər Burhan Yıldıza yaxınlaşıb. Daha sonra onlardın biri Yıldızı başından güllələyib. Beş dəfə atəş açıldığı bildirilir. Futbolçu təcili olaraq xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Cinayətkarlar polis tərəfindən axtarılır.

Qeyd edək ki, Burhan Yıldız 2012-2015-ci illərdə "Qalatasaray"ın şərəfini qoruyub. 21 yaşlı futbolçu İstanbul klubundan "Amedspor"a, daha sonra isə "Silivrispor"a transfer olunmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə