İker Kasilyasdan yeni rekord

"Portu"nun qapıçısı İker Kasilyas növbəti rekorda imza atıb. Qol.azın məlumatına görə, ispaniyalı qolkiperin rekordu Çempionlar Liqasının qrup mərhələsində "Brügge"yə qalib gəldikləri oyunda (2:1) qeydə alınıb. Turnirdə 92-ci qələbəsini qazanan 35 yaşlı qapıçı bu göstəricidə "Barselona"nın sabiq kapitanı Xavinin rekordunu geridə qoyub. Qeyd edək ki, Xavi ÇL-da 91 qələbə qazanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə