Sneyder zədələnib

"Qalatasaray"ın futbolçusu Uesli Sneyder milli komandanın tərkibində dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Hollandiya - Belorus (4:1) matçında zədələnib. SİA-nın məlumatına görə, Hollandiya yığmasının heyətində ilk 11-likdə meydana çıxan futbolçunun vətəri dartılıb. O, qarşılaşamaya davam edə bilməyib və fasilədən sonra başqa oyunçu ilə əvəzlənib.

Oyundan sonra açıqlama verən Sneyder ayağında ağrılar hiss etdiyi üçün matça davam etməmək qərarı aldığını bildirib. O, həkimlərin müayinəsindən sonra Fransa ilə görüşdə oynayıb-oynamayacağının dəqiqləşəcəyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə