Futbol üzrə Almaniya milli komandasının polyak forvardı Lukaş Podolski, yeni mövsümdən İstanbulun "Qalatasaray" futbol klubunun formasını geyinə bilər. Siasport.az saytı xəbər verir ki, hazırda Almaniya Bundesliqasının "Köln" klubunda forma geyinən təcrübəli futbolçu, bu klubda da müvəfəqqiyyət qazana bilmədiyindən, onun "Köln"lə yollarını ayıracağı şübhəsizdir. Elə klub rəhbərliyi də onun xidmətində maraqlı deyil. L.Podolski də alman klubunda oynamaq istəmədiyini meneceri vasitəsi ilə bəyan edib. Alman mətbuatı yazır ki, onun üz tutacağı yeni klublar arasında İstanbulun "Qalatasaray" futbol klubu daha real görünür. "Bild" qəzeti yazır ki, İstanbul klubunun yeni prezidenti Ünal Aysal da L.Podolskinin transferində maraqlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB