Beynəlxalq qrossmeyster Vüqar Həşimov Bakıda və Gəncədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar eyni vaxtda 88 şahmat taxtasında seans keçirəcək. Siasport.az saytı xəbər verir ki, V.Həşimovun ilk seansı mayın 6-da Nərimanov parkında Bakının gənc şahmatçıları ilə olacaq.
Azərbaycan Şahmat Federasiyasının, Nərimanov Rayon İcra Hakimiyyətinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə keçirilən tədbirin təşəbbüsçüsü beynəlxalq qrossmeysterin meneceri Sərxan Həşimovdur.
Tədbirdə qrossmeysterlər Qədir Hüseynov, Eltac Səfərli və Vasif Durarbəyli də iştirak edəcəklər.
Mayın 7-də isə Vüqar Həşimov Gəncəyə gedəcək, şəhər icra hakimiyyətinin, təhsil idarəsinin və Gəncə Şahmat Məktəbinin dəstəyi ilə uşaqlar üçün də belə şahmat seansı təşkil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB