Rəşad Sadiqov: \"Öncə başım hərləndi, sonra çiynimin ağrıdığını hiss etdim\"
\"İnter\"lə oyunda penalti qazandırdığım epizodda yerə çox pis düşdüm. Çiynimlə bərabər başım da yerə dəydi. Öncə başım hərləndi, sonra çiynimin ağrıdığını hiss etdim\". Siasport.az saytı xəbər verir ki, bu sözləri \"Qarabağ\" klubunun oyunçusu Rəşad Sadiqov deyib. O, ayağa duranda belinin də ağrıdığını qeyd edib. Futbolçu indi də belində ağrıların davam etdiyini bildirib: \"Sabahdan (bu gün-red) məşqlərə başlayacağıq. Amma deyə bilmərəm ki, məşqə çıxa biləcəm ya yox. Belə baxanda konkret bir zədəm yoxdur. Amma əzginlik var. \"İnter\"lə oyuna gəlincə, bilirdik ki, oyun çətin olacaq. Düzdü, \"bankirlər\"lə son 3 oyunda qələbə qazanmışıq. Amma bu oyunlarda hədsiz dərəcədə çox qüvvə sərf etmişik. Əsas odur ki, 90 dəqiqə ərzində dayanmadıq. Daim axtarışdaydıq. Penaltiyə qədər də fərqlənmə imkanlarımız olmuşdu. Amma bu qol və 3 xal bizə faydalı oldu. Etiraf etmək lazımdır ki, son turdan sonra çempionluq şansları demək olar ki, qalmayıb. İndi \"Xəzər-Lənkəran\"la 2-ci yer uğrunda mübarizə aparmalıyıq\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB