Komandalarımızın olimpiadadakı ilk rəqibləri məlum olub

Komandalarımızın olimpiadadakı ilk rəqibləri məlum olub

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparacaq komandalarımızın ilk rəqibləri müəyyənləşib. SİA-nın məlumatına görə, kişilərdən ibarət ilk iki komandamız ağ fiqurlarla Zimbabve və Mozambiklə, üçüncüsü isə qara fiqurlarla Papua Yeni Qvineya ilə üz-üzə gələcək. Qara fiqurlarla oynayacaq qadın millilərimiz isə Nikaraqua, Yaponiya və Lesotoya rəqib olublar.

Xatırladaq ki, olimpiadada 3 kişi və 3 qadın yığmamız yarışır.

Bakı Kristal Zalında keçiriləcək görüşlərə saat 15:00-da start veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə