"Qarabağ" ilk ev oyununu Respublika stadionunda keçirməyəcək

"Qarabağ" ilk ev oyununu Respublika stadionunda keçirməyəcək

"Qarabağ" klubu Avropa Liqasının qrup mərhələsində ilk ev oyununu Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyündə olan problemlərə görə, Olimpiya stadionunda və ya "Dalğa Arena"da keçirəcək. SİA-nın məlumatına görə, bu haqda klubun rəsmi saytında məlumat yayımlanıb. Qeyd olunub ki, son qərar yaxın günlərdə açıqlanacaq.

Xatırladaq ki, "Qarabağ" ilk ev oyununu sentyabrın 15-i Çexiyanın "Slovan" klubuna qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə