"Qarabağ"ın icraçı direktoru Əmrah Çəlikəl "Qöteborq"la oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. SİA həmin müsahiəni nəzərinizə çatdırır:
- Hamımız çox sevincliyik. Hamınızı təbrik edirəm. İnanırdıq. Doğrudur, gərginlik də var idi, ancaq bu, inamımızın önünə keçməmişdi. Futbolçuların, Qurban müəllimin əməyinə sağlıq, sizlər də çox sağ olun.
- Bu il də stadionun ot örtüyü pis vəziyyətdə idi...
- Haqlısınız, sizinlə razıyam. Ancaq hava şəraitindən hamımız xəbərdarıq. Bu il temperatur və rütubət gözləniləndən daha çox oldu. Hardasa, 38-40 dərəcə orta istilik var idi. Təəssüf ki, bütün meydanlarda bu problem var. Biz də istərdik ki, daha yaxşı olsun, daha rahat oynayıb, çox qol vuraq.
- Qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsi ehtimalı varmı?
- Hələ bu barədə danışmaq çox tezdi. Biz istəyirik ki, ən yaxşı variantı həyata keçirək. İnşallah komandamız üçün ən yaxşı şəraiti yaradacağıq.
- Tahir bəyi oyunda görmədik...
- Tahir bəy işgüzar səfərdədi. Oyunboyu əlaqə saxladıq. Matçı TV-dən izləyirdi. Hamıya salamlarını və təbriklərini yolladı.
- Qrup mərhələsində "Mançester Yunayted", "Fənərbaxça" kimi komandalarla ilə üz-üzə gələ bilərik?
- Mənim seçməyimlə deyil. Mənim tək istəyim qrup mərhələsindən də çıxıb mübarizəni davam etdirməkdi.
- Yeni transfer olacaqmı?
- Bu məsələlər Qurban müəllimin səlahiyyətindədi.
- Bu qələbəni kimə həsr edirsiniz?
- Təbii ki, qələbəni Azərbaycana xalqına həsr edirik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB