\"Qəbələ"nin 14 yaşa qədər
futbolçulardan ibarət komandası 2-ci Beynəlxalq Kuşadası Turnirində iştirak
etmək məqsədilə aprelin 19-da Türkiyəyə yola düşəcək. Siasport.az saytı xəbər
verir ki, qardaş ölkəyə 27 nəfərlik heyətlə yollanacaq kollektivə "Qəbələ" Futbol
Akademiyasının direktoru Ali Yavaş başçılıq edəcək. 5 günlük turnir müddətində
komanda "Aqua Fantasy AquaPark Hotel"də məskunlashacaq.
"Qəbələ"nin
yer alacağı qrup müəyyənləşməsə də, təmsilçimizin aşağıdakı komandalarla
qarşılaşmaq ehtimalı var:
"Çelsi" (İngiltərə), "Southampton" (İngiltərə), PSV (Hollandiya), "Herta" (Almaniya) , "Standard Liege" (Belçika), "Volfsburg" (Almaniya), "Münih Türkgücü" (Almaniya), "Berlin Türkiyemspor" (Almaniya), "SCC Berlin" (Almaniya), "Kerkük Kale Spor" (İraq), "Fənərbaxça" (Türkiyə), "Trabzonspor" (Türkiyə), "Bursaspor" (Türkiyə), "Buca" Futbol Akademiyası (Türkiyə), "Altay" (Türkiyə), "Damlaspor" (Türkiyə), "Samsunspor" (Türkiyə), "İzmirspor" (Türkiyə), "Turgutluspor" (Türkiyə), "Dardanelspor" (Türkiyə), "Adana Gençlerbirliği" (Türkiyə), "Akhisar Belediyespor" (Türkiyə).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB