"Qarabağ"ın yeni transferi: Bura gəlməyim karyeramda yeni səhifədir

"Qarabağ"ın yeni transferi: Bura gəlməyim karyeramda yeni səhifədir

"Qarabağ"ın yeni transferi Dino Ndlovu klubun saytına açıqlama verib. Ağdam klubu ilə 2 illik müqavilə imzalayan CAR yığmasının hücumçusu keçidi haqqında fikirlərini bölüşüb: "Qarabağ"a gəlməmişdən əvvəl də bu komanda haqda məlumatım var idi. Ona görə də, təklif gələndə elə də götür-qoy etməyə ehtiyac olmadı. Bura gəlməyim karyeramda yeni səhifədir. Çalışacam, "Qarabağ"da öz oyunumla komandaya fayda verim. Bu transfer mənim üçün irəli atılmış addımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə