"Qəbələ"nin futbolçusu: Biz hər şeyi düzgün etdik

"Qəbələ"nin futbolçusu: Biz hər şeyi düzgün etdik

"Qəbələ"nin yarımmüdafiəçisi Filip Ozobiç Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Fransanın "Lill" klubuna qarşı keçirdikləri cavab oyunundan (1:0, ilk oyun 1:1) sonra fikirlərini bölüşüb. yarımmüdafiəçi bildirib ki, artıq lonun komanda yoldaşları Avropa Liqasının qrup mərhələsi haqqında düşünürlər:

"Yaxşı oynadıq. İki oyunun nəticəsi göstərdi ki, biz növbəti mərhələyə layiqik. Bu uğura bəxt sayəsində nail olduğumuzu deməzdim. Sadəcə, biz hər şeyi düzgün etdik. Baxmayaraq ki, fransızlar favorit idilər. Avroliqanın qrup mərhələsinə düşməyə yaxşı şansımız var".

Bütün xəbərlər Facebook səhifəmizdə