Emil Mpenza Belçika-Azərbaycan matçı barədə danışdı

Emil Mpenza Belçika-Azərbaycan matçı barədə danışdı

\"Azərbaycanla Brüsseldə keçirilən ilk görüşü yaxşı xatırlayıram. İştirakçısı olduğum həmin oyunda bizim matçın əvvəlində fərqlənmək istəyimiz baş tutmamışdı. Qarşılaşmanın ilk dəqiqələrində Azərbaycan futbolçuları yaxşı müdafiə olunurdular\". Siasport.az saytı xəbər verir ki, bu sözləri \"Neftçi\"nin belçikalı hücumçusu Emil Mpenza klubun rəsmi saytına açıqlamasında deyib. O, yalnız penaltidən hesabı aça bildiklərini və sonra böyük hesablı qələbəni bayram etdiklərini qeyd edib. Futbolçu bu dəfə Belçika yığmasının qələbə qazanmaq üçün daha çox tər tökməli olduğunu vurğulayıb: \"Klublarda səviyyəli futbolçular top qovur, ölkə çempionatının səviyyəsi günü-gündən artır. Bu isə birbaşa yığma komandanın güclənməsinə təsir edir. Onu da bildirim ki, son günlər Belçika mətbuatından mənimlə əlaqə saxlayaraq, Azərbaycanla görüş haqda fikirlərimi soruşurlar. Bu günlərdə Belçikada Azərbaycan futbolu populyar bir mövzuya çevrilib\".

Bütün xəbərlər Facebook səhifəmizdə