U-21 yoldaşlıq oyunu keçirəcək

U-21 yoldaşlıq oyunu keçirəcək
İspaniyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün hazırlıq çərçivəsində son yoldaşlıq oyununu keçirəcək. Siasport.az saytı xəbər verir ki, futbolçularımız Marbelya İdman Mərkəzində Rusiyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Xatırladaq ki, yığmamız İspaniyadakı təlim-məşq toplanışında martın 24-də Qvineyanın U-21 yığmasını 1:0, martın 26-da isə UD Marbelya komandasını 4:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə