AFFA qadınlara hədiyyələr payladı

AFFA qadınlara hədiyyələr payladı
Park Bulvar Alış-Veriş Mərkəzində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə AFFA tərəfindən aksiya keçirilib. Siasport.az saytı xəbər verir ki, tədbirin məqsədi Azərbaycan qadınlarını Beynəlxalq Qadınlar günü münasibətilə təbrik etmək və 17 yaşadək qızlardan ibarət komandalar arasında 2012-ci ildə Azərbaycanda keçiriləcək dünya çempionatının təbliğatını gücləndirmək olub.

Aksiya çərçivəsində qadınlara hədiyyələr paylanıb. AFFA-nın sifarişi ilə qadın futbolunun təbliğatının gücləndirilməsi məqsədilə çəkilən "Sən də bacararsan" filminin 4 seriyasının yerləşdirildiyi CD də xanımlara təqdim edilən hədiyyələr arasında olub.

Hədiyyə təqdim olunan xanımlarımız 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasına öz arzularını Park Bulvar Alış-Veriş Mərkəzində quraşdırılan xüsusi bannerin üzərində qeyd ediblər.

Bu tipli aksiyalar silsilə xarakterli olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня