Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışını davam etdirən "Sumqayıt" klubu növbəti yoxlama oyununu keçirib. Sumqayıt klubunun rəsmi saytının yaydığı məlumata görə, Samir Abasovun rəhbərlik etdiyi komanda Gürcüstan təmsilçisi Kutaisi "Torpedo"su ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. "Sumqayıt"ın yeganə qolu hazırda düşərgədə baxışda olan cənubi azərbaycanlı futbolçu vurub. Qeyd edək ki, "Sumqayıt" Boluda son yoxlama oyununu iyulun 25-də keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB