"Kəpəz” - "Admira” oyununun biletləri satışda

"Kəpəz” - "Admira” oyununun biletləri satışda

Avropa Liqasının II təsnifat mərhələsində "Kəpəz"lə Avstriya "Admira"sı arasında keçiriləcək cavab oyununun biletləri satışa çıxarılıb. SİA-nın məlumatına görə, bilet satışı Bakı şəhərində təşkil olunub.

Azarkeşlər paytaxtda iyulun 19-u saat 14:00-dan 19:00-dək, iyulun 20-i isə saat 12:00-dan 16:00-dək Tofiq Bəhramov adına Respublika stadionunun kassasından, oyun günü saat 17:00-dan sonra "Dalğa Arena"nın kassasından bilet ala bilərlər.

Qeyd edək ki, "Kəpəz" - "Admira" oyunu iyulun 20-i, saat 20:00-da, "Dalğa Arena"da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə