İran İslam Respublikasının Məşhəd şəhərində "Fəcr" 19-cu beynəlxalq şahmat turniri davam edir. Siasport.az saytı xəbər verir ki, turnirdə 15 ölkədən 247 şahmatçı iştirak edir. Yarışlar İsveçrə sistemi üzrə keçirilir və 11 turdan ibarətdir.
Məşhəddə 3
turdan sonra 24 şahmatçı, o cümlədən Azərbaycan qrossmeysterləri Qədir Hüseynov
və Nicat Məmmədov, beynəlxalq dərəcəli usta Loğman Quliyev hərəyə 3 xal toplayıblar.
Turnir martın
7-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB