Elnur Abdullayevdən tarixi qol-STATİSTİKA

Elnur Abdullayevdən tarixi qol-STATİSTİKA
Azərbaycan Premyer Liqasının XXI turunun AZAL-la oyununda vurulan ilk qol "Xəzər Lənkəran" üçün əlamətdar olub. Siasport.az saytı xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayımlanıb. Belə ki, bu, komandanın ölkə çempionatlarında yubiley – 300-cü qolu olub. Bu yubiley topunu rəqib qapısından 45+2-ci dəqiqədə Elnur Abdullayev keçirib.

2004/05 mövsümündə çempionatda debüt edən "Xəzər Lənkəran" bu matçadək 299 dəfə fərqlənmişdi. Ötən turun "Neftçi" ilə oyununda yubileyi təxirə salan komanda tarixi qolu doğma azarkeşlərin gözü qarşısında rəqib qapısından keçirdi. Futbolçular çempionatdakı yubiley qollarını səfərdə vurmağa adət etsə də 2-ci dəfə tarixi qol Lənkəranda qeydə alındı.

Çempionatdakı yubiley qolları

1. 07.08.2004 "Turan" – "Xəzər Lənkəran" – 1:1 Çöri İlir, 26

50. 03.05.2005 "Xəzər Lənkəran" – "Ədliyyə" – 6:1 Martin Stankov, 36

100. 29.09.2006 "Gənclərbirqliyi" – Xəzər Lənkəran" – 0:3 İlqar Qurbanov, 8

150. 02.09.2007 ABN – "Xəzər Lənkəran" – 0:4 Zaur Ramazanov, 14-p.

200. 26.09.2008 MOİK - "Xəzər Lənkəran" – 0:4 İvan Svetkov, 34-p.

250. 29.11.2009 "Bakı" - "Xəzər Lənkəran" – 0:3 İvan Svetkov, 57-p.

300. 20.02.2010 "Xəzər Lənkəran" – AZAL – 2:1 Elnur Abdullayev, 45+2

Qeyd edək ki, texniki qələbə üçün verilən 3:0 hesablı nəticə top sayında nəzərə alınmır.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня