Bu gün futbol üzrə UEFA Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunları keçirilib. SİA xəbər verir ki, təmsilçilərimizdən "Neftçi" də yeni mövsümdə ilk oyununa çıxıb. Vəli Qasımovun komandası səfərdə Maltanın "Baltsan" klubu ilə qarşılaşıb. Görüş "Neftçi"nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın qollarını Ruslan Qurbanov və Rəhman Hacıyev vurublar. Qeyd edək ki, komandalar arasında cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB