Azərbaycan Premyer Liqasının XX turuna hazırlıqlarını davam etdirən Salyanın \"Muğan\" klubu daha bir futbolçunu baxışa dəvət edib. Siasport.az saytı xəbər verir ki, 30 yaşlı isveçli Patrik Redo sol cinah yarımmüdafiəçisi mövqeyində çıxış edir. Redo son iki mövsümü İsveçin \"Yonköpinq\" klubunda keçirib və 42 oyunda 5 dəfə fərqlənə bilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB