Sadıq Sadıqov: \"Bizim də öz planlarımız var\"-MÜSAHİBƏ

Sadıq Sadıqov: \"Bizim də öz planlarımız var\"-MÜSAHİBƏ

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Neftçi" ötən gün hazırlıqlarını başa vuraraq, vətənə döndü. Axşam saatlarında hava limanına enən komanda ilə birgə klub prezidenti Sadıq Sadıq Sadıqov da Bakıya gəldi. S.Sadıqov "Neftçi"nin yeni transferləri və "Xəzər Lənkəran"la oyunla bağlı fikirlərini bildirdi. Siasport.az saytı klub prezidentinin müsahibəsini nəzərinizə çatdırır:

- "Neftçi" qış transfer dövründə heyətinə cəmi 3 futbolçu qatdı. Sizcə, bu çempionluq üçün yetərli olacaq?
- Qış fasiləsinə qədərki dövrü çox gözəl nəticə ilə bitirdik və fasiləyə lider kimi çıxdıq. Hədəfimiz təkcə çempionluq yox, həm də Avropa kuboklarında uğurlu çıxış etməkdi. Cinahlarda problemimiz var idi. Düşündük ki, üç transferlə bütün boşluqları aradan qaldırmaq olar. Fikrimcə, bundan sonra da "Neftçi" gözəl oyununu davam etdirərək, azarkeşlərini sevindirəcək.

- "Neftçi" çempion olsa, yayda yenə supertransferə imza atacaqsınız?
- İndidən yay haqqında danışmaq tezdi. Çempionat gərgin keçir. İlk hədəfimiz çempion olmaqdı. Əvvəlcə buna çalışmaq lazmdı. Yay haqqında ondan sonra düşünmək olar. Avrokuboklarla bağlı bizim də öz planlarımız var. Sadəcə, bununla kifayətlənmək olmaz. İrəliyə baxmaq, inkişaf etmək lazımdı. Məsədimiz Azərbaycan futbolunu Avropada yüksək səviyyədə təmsil etməkdi.

- Vitali Kovolyovun transferi heç də bir mənalı qarşılanmadı…
- Bilirsiniz necədi, Rauf Mehdiyev də gələndə tənqid olunurdu. Hamı deyirdi ki, yaşı keçib. Özünüz də gördünüz ki, Rauf heç də Qribuaskasdan geri qalmadı. Heyətimizdə bir əcnəbi qapıçı var. İkincisini gətirmək nəyə lazımdı? Onun uyğunlaşma prosesini də gözləmək lazım gələcək. Kovaylov yaşlı olsa da, oynamaq gücündədi. İnanıram ki, Rauf kimi o da öz sözünü deyəcək. Vitalinin "Neftçi"yə böyük köməyi olacaq.

- Qarşıda "Xəzər Lənkəran"la oyun var. Bu matçdan nə gözləyirsiniz?
- Arzu edirəm ki, hər iki komanda gözəl oyun sərgiləsin və kim güclüdüsə, o da qalib gəlsin.

Pərvin Kazımoğlu (fanat.az)

Bütün xəbərlər Facebook səhifəmizdə